Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Departamentlər

Bütöv Azərbaycanın “kürd problemi”

Bütöv Azərbaycanın “kürd problemi”

Əlirza Amanbəyli
MDHP Güney Azərbaycan Departmentinin sədri


Bu bir faktdır ki, Güney Azərbaycanın İraq və Türkiyə sərhədlərinə bitişik vilayətlərinin (Qərbi Azərbaycan) kürdləşdirilməsi siyasəti uzun illərdir İran rejimləri- Phləvilər və bu günkü “İslam Respubliksı” tərəfindən planlı şəkildə həyata keçirilir. Qərbi Azərbaycanın kürdləşdirilməsi prosesi Güney Azərbaycanla Türkiyə və Quzey Azərbaycan arasına bir kürd və erməni zolağı salmaq siyasətidir və bu siyasət keçmişdə olduğu kimi, bugünkü İran hakimiyyəti tərəfindən də dəstəklənir.
Yaxın tarixə nəzə salsaq görərik ki, 1970-ci illərin əvvəllərində İran şahı Məhəmməd Rza Pəhləvinin razılığı əsasında İraq ərazisindən 30 min Barzani kürdü Qərbi və Şərqi Azərbaycan əyalətlərinə köçürülür. Bunlar əsasən, Urmu şəhəri və ətraf kənd və qəsəbələrə yerləşdirilir az bir hissəsi də Təbriz şəhərinə köçürülür.
Əslində, bu proses daha öncələrdən başlanmışdır. Bu bölgənin bütövlükdə müsəlman Türklərin nəzarətində qlması Qərb və Rus impryalarının maraqlarına uyğun gəlmirdi. Bu səbəblərdən dolayı anti-türk güclər bu bölgədə etnik qarışıqlıq yartmaqla Türk birliyinin aradan qaldırılmasına yönəlik müxtəlif fürsətlərdən istifadə edərək öz məkirli siyasətlərini azda olsa həyata keçirməyə nail oldular.
1905-1907, 1914-1915 və 1918-ci illərdə Ruslar və İngilislər tərəfindən silahlandırılan kürdlər, ermənilər və asorilər Urmu, Soyuqbulaq, Salmas, Sulduz, Xoy, Mərənd, Culfa, Naxcıvan, Kafan, Göyçə və sonralar Bakı, Nefçala, Səlyan və Şamaxıda dinc əhaliyə qarşı dəfələrlə soyqırımlar həyata keçirdilər və bu siysət hələ də davam etməkdədir. Bütün dövürlərdə yerli Türk xalqının ciddi müqavimətilə üzləşən kürd və erməni terror quruplaşmalrı Güney Azərbaycanda sonuncu dəfə 1980-ci ildə Sulduzun şəhr və kəndlərini ələ keçirmək üçün, bu bölgəyə bir daha silahlı basqın etdilər. Ağır və yüngün silahlarla təchiz olunmuş kürdlər yenə yerli türklərin ciddi müqavimətilə üzləşməli oldular və ağır itgilər verərək geri oturmağa məcbur qaldılar.
Qərb dövlətlərinin himayəsilə eyni ərazilərdə “Böyük Kürdüstan” və “Böyük Ermənistan” qurmaq xulyasıyla yaşayan kürdlər və ermənilər əksər zamanlarda ağalarının göstərişilə Türk millətinə qarşı birlikdə hərəkət edirlər.
Kürdlərdən fərqli olaraq, ermənilər xirstian olduğu üçün rusların, ingilislərin və farsların himayəsilə əzəli və əbədi Türklərin ən qədim məskənləri olan İrəvan, Göyçə, Zəngəzur və nəhayət Dağlıq Qarabağı işğal etməyə nail olublar.
Bölgənin Türklərdən təmizlənməsi siyasəti bir neçə istiqamətdə həyata keçirilir.
Yerli əhalinin iqtisadi inkişafının qarşısını alaraq bölgədə işsizlik,sosiyal təminatsızlıq, milli adət ənənələrin inkişafına mane olmaq, bölgədə ağır sənayə, fabrik və zavodların fəaliyyətini dayndırmaq, ekoloji şəraiti əlverişsiz duruma gətirmək, tarixi abidələri məhv etmək və əminyyətsizlik yaratmaq kimi vasitələrdən istifadə olunur.
Bütün bu cəhdlərə baxmayaraq Güney Azərbaycan türklərinin əksəriyyəti öz tarixi ata baba tporpaqlarını tərk etmək niyyətində deyillər.
Fars irqiçiliyi üzərində qurulan və idarə olun İran rejiminin aparıcı rəhbərləri öz əməllərində və çıxışlarında dəfələrlə fars kökənli olmayan xalqları “yadelli” adlandıraraq, açıq aşkar ayrıseçkilik siyasəti həyata keçiriblər.
Kürdləri fars mənşəli və fars dilli hesab edən “İslam” rejiminin rəhbərliyi, onlar üçün pərdəarxası bütün imkanları yaradaraq, İraqdan, Suyriyadan və Türkiyyədən kürdlərin Güney Azərbaycan torpaqlarına köçməsinə lazım olan bütün imkanları yardır. Arşdırmalara görə, son 10 il içərisində Urmiyanın və bütövlükdə Qərbi Azərbaycan əhalisinin 40%-ni gəlmə kürdlər təşkil edir. Amma, təxminnən 15 il öncə bu vilayətlərdə kürdlərin sayı 5-10 % təşkil edirdi.
İran rejiminin qərəzli siyasəti nəticəsində, bölgə əhalisi iqtisadi, sosiyal və ekoloji natəmizlik ucbatından bölgəni tərk etməyə məcbur olurlar. Min illərdən bəri əsasən kənd təsərüfatı- üzümçülük və heyvandarlıqla məşğul olan Qərbi Azərbaycanın Türk əhalisi öz təsərrüfatlarını və meyvə bağlarını Urmu gölünün və bu gölə axan çayların hesabına qoruyub saxlayırdılar.
Bu gölə axan çayların qaşısında rejim məmurları tərəfindən tikdirilən sədlərin və qazdırılan artizan quyuların fəsadlarının nəticəsində, 6 min kvardrat su hövzəsi olan Urmu gölünün 80% quruyub və bölgədə böyük bir duz səhralıği meydana gəlməkdədir. Btün yaşamları və təminatları bu gölə bağlı olan yerli əhali artıq öz ata baba yurdlarından didərgin düşməyə məcbur qalırlar.
Bu minvalla da bu bölgədə toplum yaşayan türklərin sayı günü gündən azalmağı və qonşu ölkələrdən gələn Kürdlərin sayının çoxalaması müşahidə olunmaqdadır.
Son zamanlar İraqın şimalında anti-türk rejimlərin himayəsilə qurulan qondarma Kürd Muxtar Höküməti birmənalı olaraq terrorçu kürd quruplaşmalarını bütün vasitələrlə təmin edərk “Böyük Kürdüstan” xülyalarını gerçəkləşdirməyə çalışırlar.
Uzun illərdən bəri İran rejimlərilə sıx əməkdaşlıq edən Barzanı kürdlər öz televiziya və mətbuatında müxtəlif qondarma xəritələr yayaraq Güney Azərbaycan və Quzey Azərbaycanın tarixi Türk torpaqlarını uydurma “Böyük Kürdüstan” torpaqları kimi təqdim edirlər.
Təsüflər olsun ki, uzun illərdən bəri kürd terror quruplaşmalrının hücumları nəticəsində minlərlə Türk əsgərini və dinc əhalisini qurban verən Türkiyə Cumhuriyyətinin hazırkı AKP hakimiyyəti terror başçıları və onların himayədarları ilə eyini mövqeydən çıxış edərək, Türk millətinə qarşı sillah qaldıran və torpaq iddiasında bulunan Şimali İraq Kürd hakimiyyətilə və terror başçısı, uşaq qatili Abdulla Öcalanla Türk torpaqlarında kürd dövləti yaratmaq məsələlərini müzakirə edir.
Terrorçu kürdlər də bu fürsətdən öz xeyrlərinə yararlanaraq, Güny və Quzey Azərbaycandan yersiz topaq idalarına və qeyri qanuni olaraq kürdlərin bu tprpaqlara köçürülməsinə başlayıblar.
Yuxarıda qeyd olunanları nəzərə alsaq görərik ki, son illərdə Güney Azərbaycanda milli oyanışın yüksəlməsi, milli hüquq və azadlıqların əldə olunması uğrunda soydaşlarımızın aprdıqları mübarizə artıq kütləvi formada özünü göstərməkdədir. Bunula yanaşı Sovetlər Birliyi dağılandan sonra bölgədə Türk dövlətlərinin sayının artması təkcə Qərb dövlətlərini deyil, rusiya və özəliklə iran rejimini ciddi vahiməyə salıb. Bu səbəblərdən dolayı İran rejimi ölkənin çoxunluqunu təşkil edən türklərin Mlli Azadlıq Hərəkatının qarşısına kürd terroristlərini qoymaqla özünü siğortalamğa çalışır.
Lakin, bütün bu təxribatlar və çaşdıricı hiylələr Güney Azərbaycan türklərinin diqqət mərkəzindədir və düşmənlərin bütün təxribatlarının qarşısını almmaq üçün kifayət qədər imkanlara malikdir.
Bu gün Güney Azərbaycan türkləri tarixdə təkrar olmamış dərəcədə milli oyanışa və sarsılmaz iradəyə sahibdir və düşmənlərin bütün təxribatlarının qarşısını almaq gücünə sahibdir. Amma, yenə yaxşısı budur ki, kürdlər və ermənilər kimlərinsə boş vədlərinə inanaraq özlərini ciddi təhlükə qarşısında buraxmasınlar və bunu yadda saxlasınlar ki, Güney Azərbaycan türklərinin nə kürdə nədə erməniyə verəsi bir qrış da olsun torpağı yoxdur.
Bunu bütün dünya bilsin ki, Bütöv Azərbaycan yurdlarında ikinci erməni və kürd dövlətinin yaradılmasına imkan verməyəcəyik.
Hamıya məlumdur ki, kürdlər və ermənilər əzəli və əbədi Türk torpaqlarında anti-türk güclərin himayəsilə özlərinə bir qondarma dövlət qurublar və bütün dünyada olan kürdlər və ermənilər həmin dövlətdə yaşaya bilərlər. Əlavə torpaq və ya ikinci dövlət idiaları kürdlər və ermənilər üçün ciddi poroblemlər yaradar və onlar işğal etdikəri Türk topraqlarını da itirə bilərlər.