Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Departamentlər

Fərəc Quliyev: Söhrab Tahir Bütöv Azərbaycan şairi idi

Fərəc Quliyev: Söhrab Tahir Bütöv Azərbaycan şairi idi

Partiya sədri Xalq şairinin vəfatıyla bağlı başsağlığı verdi

Azərbaycanın Xalq şairi Söhrab Tahir uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Şairin vəfatıyla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib. Başsağlığında deyilir:
“Güney Azərbaycan doğumlu Söhrab Tahir Bütöv Azərbaycanın şairi idi. Onun dəyərli yaradıcılığının bir hissəsi də məhs Güney həsrətinə köklənmişdi. Söhrab Tahirin dünyasını dəyişməsi Bütöv Azərbaycan xalqının itgisidir. Biz Bütöv Azərbaycan ideologiyasının daşıyıcıları kimi Bötöv Azərbaycan şairi Söhrab Tahirin vəfatından çox sarsıldıq. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından bu itgiylə bağlı xalqımıza və mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Yeri Cənnət, ruhu şad olsun!”