MDHP sədri, Millət Vəkili Fərəc Quliyev GAMAC sədrini təbrik etdi
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinın (GAMAC) II qurultayının keçirilməsi münasibəti ilə GAMAC-nə təbrik məktubu
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) adından Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sədrini, idarə heyətinin üzvlərini və təşkilat mənsublarını TƏBRİK EDİRƏM.
Hörmətli Professor Qulamrza Səbri Təbrizi! Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayının müvəffəqiyyətlə keçirilməsi və Sizin yenidən bu təşkilata rəhbər seçilməyiniz münasibəti ilə Sizi və sizin simanızda GAMAC İdarə heyətinin üzvlərini və bütün GAMAC mənsublarını təbrik edir, Azərbaycanın Güneyinin müstəqilliyi, vətənimizin bütövlüyü kimi müqəddəs ideyalar uğrunda fəaliyyət göstərən təşkilat olaraq verəcəyiniz mücadilədə yüksək başarılar diləyirik.
Sayğılarla: Milli Dirçəliş Hərəkatı Partiyasınin sədri Millət vəkili Fərəc Quliyev