Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider Departamentlər

MDHP sədri Fərəc Quliyevın Azərbaycan xalqına təbriki

MDHP sədri Fərəc Quliyevın Azərbaycan xalqına təbriki

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev Azərbaycan xalqını Müqəddəs Qurban bayramı günü münasibətilə təbrik edir:

“Azərbaycanın istiqbalı, Qarabağımızın azad olunması, Güneyimizin rifaha qovuşması yolunda etdiyimiz duaların Tanrı dərgahında qəbul olunması diləyilə bayramınızı təbrik edirəm. Bütün dünya müsəlmanlarının böyük bir təntənə ilə qeyd etdikləri Qurban bayramı insanlara milli-mənəvi dəyərlərdən faydalanmaq imkanı verir. Azərbaycan xalqı ən çətin dövrlərində belə Qurban bayramını ən əziz günlərdən biri kimi qeyd etmişdir. Müstəqilliyimiz bərpa ediləndən sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin nümunəsidir.
Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğullarımıza bu bayramda da Allahdan rəhmət diləyirəm. Qaçqın və köçkünlərimizin öz yurd-yuvalarına qayıtmaları üçün edilən dualar ümidvaram ki, bu bayram günündə qəbul olunacaqdır.
Müqəddəs bayramınız mübarək olsun!”