Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

“Azərbaycan gəncliyinin ideoloji təhlükəsizlik problemi” mövzusu üzrə tədbir keçirilib

“Azərbaycan gəncliyinin ideoloji təhlükəsizlik problemi” mövzusu üzrə tədbir keçirilib

Pərviz Elay: “Hitler Almaniyasını misal göstərərək “millətçiliyin sonu belə olur” deyirdilər”


Milli Dirçəliş Hərəkatı Partiyası “Azərbaycan gəncliyinin ideoloji təhlükəsizlik problemi”mövzusunda tədbir keçirdi. Qonaq, Milli Demokrat Partiyasının sədr müavini, “Millətçilik” qəzetinin baş redaktoru, araşdırmaçı-yazar Pərviz Elay idi.


MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli qonağı və iştirakçıları salamlamaqla tədbiri açıq elan etdi və bildirdi ki, bu gün hansısa dövlətlərin maraqlarına xidmət edən təşkilatlar gənclərimizin ideoloji düşüncələrinə təsir göstərərək, onları özlərinin xammalına çevirirlər.

Söz tədbirin qonağı Pərviz Elaya verildi. MDHP-nin keçirdiyi tədbirlərin önəmindən danışan qonaq öncə maariflənmənin əhəmiyyətindən bəhs etdi. “Gənclərimizi maarifləndirmək, milli məfkurəyə xidmət etməyə səsləmək və onları kimlərinsə qurbanına çevrilməkdən xilas etmək lazımdır. Dünya tarixi, etnosların, millətlərin mübarizəsi tarixidir.

Qonaq daha sonra etnik təmizləmə və assimilyasiya prosesinə toxundu. Zehdabinin kitabından sitat gətirərək bildirdi ki, o dönəmdə farslar bu torpaqlara gələndə burda elamlar yaşayırdı. Həmin gəliş etnik tərkibi dəyişdi. E.ə VII əsrdə Maday imperiyası qurulandan sonra zorakı assimilyasiya siyasəti yürüdüldü. E.ə II minilliyin sonu I minilliyin əvvəllərində farsların əcdadları yerli türklərin tərkibinə qatılaraq etnik təmizləmələr apardılar. XX əsrdə İranda şah dövründə türkləri türkcə danışdığına görə polislər həbs edir, hətta cəza da təyin edirdilər.”

“Bu gün millətçilik amalına qarşı, milli mənafelərin dərkinə qarşı ideoloji aqressiya iki yolla aparılır:dünyəvi ideologiyalar və dini ideologiyalar yolu ilə. Bəziləri dindən istifadə edərək, Qurandan, hədislərdən öz təlimlərinə başlayır və sonda tam ayrı məcraya dönərək gənc soydaşlarımızı millətçiliyə uymamağa səsləyirlər. Bu nə dərəcədə doğrudur axı?! Bu yöndən olanlar Qarabağın işğalı ilə 1 milyon insanın pozulan haqqını bir tərəfə buraxıb, hansısa ərəb torpağının dərdini çəkirlər, soydaşlarımız arasında sünni-şiə, təriqət ədavətini təbliğ edirlər. Nəticədə cəmiyyətimiz bölünür və biz özümüz-özümüzlə mübarizə aparırıq.

Bizə xaricdən ixrac edilən dünyəvi ideologiyalar da müxtəlif zamanlarda müvafiq məqsədlər üçün yaradılır. Bunlardan biri olan marksizm ideologiyası millətləri daxildən parçalamağı qarşısına məqsəd qoyub, millət daxilində sinfi nifrəti yayırdı. Amma bu ideyanın hegemonluğu da uzun sürmədi”.

Pərviz Elay daha sonra Qərb siyasətinin dünya dövlətlərinə nüfuz etməsindən danışdı. “SSRİ-nin dağılmasının səbəblərindən biri də türk xalqlarının bu məkanda artan hegemonluğun qarşısını almaq idi ki, Qərb bunu dəstəklədi. Qorbaçov dövründə artıq keçmiş SSRİ məkanına Qərbdən ixrac edilən və milli özünüdərki, millətçiliyi qəbul etməyən ideyalar, məsələn, “Açıq Cəmiyyət” ideyası kimi utopik və sapındırıcı ideologiyalar daxil olmağa başladı. Belə bir dönəmdə Azərbaycanda da millətçilik tənqid edilir, Hitler Almaniyasını misal göstərərək “millətçiliyin sonu belə olur” deyirdilər. Qərbin marağı zombi insanlar yaradıb dövlətlərin iç sisteminə yerləşdirməkdir. Misal olaraq “Ərəb baharı” dalgasını göstərmək olar”

Natiq misal kimi, Tunisi göstərdi. “2009-cu ildən “ərəb baharına”dək Tunisdə Qərbdən Qeyri Hökumət təşkilatlarına 150 milyon dollar pul ayrılmışdı. Tunis kimi kiçik dövlət üçün bu, böyük pul idi. Maraq ondan ibarətdir ki, bu təşkilatlar cəmiyyətə təsir etsin, beyinləri daim nəzarətdə saxlasın və xaos üçün sosial baza yaradılsın. Bu cür təşkilatlara misal olaraq: “Məhəmməd Əli Təhsil, Araşdırma mərkəzi” (CEMAREF), “Gənc Vətəndaş” (dini cəmiyyət də demokratiya ideyasını yayırdılar), “Azad Düşüncə üçün Əl Cahid Forumu” (AJFFT; liberal ideyaları təbliğ edirdi və başlanğıc üçün NED fondundan 131 min dollar maliyyə yardımı almışdır) adlı QHT-ləri göstərmək olar.”

“2010-cu ildə Misirlə bağlı “Hüsnü Mübarək xəstədir”, “Dövləti kim idarə edəcək” fikirləri səsləndirildi. Yəni artıq bu ölkədə dəyişiklik üçün zəmin yaradılırdı. Amma çoxu bilmir ki, anqlo-sakson elitası öz xüsusi xidmətləri vasitəsilə Bir sözlə, “Ərəb baharı” düşünülmüş və proqramlaşdırılmış şəkildə həyata keçirildi. Ən böyük cətinlik isə Liviyada oldu. Amma planın ən son variantından istifadə edilməklə (havadan zərbə) orda da istəklərinə çatdılar. Üstəlik 2008-ci ildə Səudiyyə Ərəbistanında ərəb dilini bilən Latın Amerikalılardan ibarət xüsusi təyinatlı qruplar yaradıldı ki, onlar daha sonra Liviyada “ərəb qiyam müxalifətçiləri” kimi göstərilirdi” .

Pərviz Elay hansı xarici fondalardan Azərbaycanın hansı təşkilatlarının, partiyalarının maliyyələşməsi barədə bir sıra faktları səsləndirdi.

Tədbir gənclərin çıxışları və qarşılıqlı müzakirə əsasında davam etdi.

Nicat Cəmilzadə Türksoy