Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP

"Elçibəy məktəbi"nin növbəti tədbiri keçiriləcək.

"Elçibəy məktəbi"nin növbəti tədbiri keçiriləcək. “Azərbaycanın xarici siyasətində Türkiyə və İran” mövzusu müzakirə olunacaq

Milli Dirçəliş Hərəkatı Partiyası 2003-cü ildən icrasına başladığı “Elçibəy məktəbi” layihəsi çərçivəsində növbəti tədbirini keçirəcəkdir. “Azərbaycanın xarici siyasətində Türkiyə və İran” mövzusu üzrə keçiriləcək tədbirin qonağı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) başqanı Araz Aslanlıdır.

Tədbirdə Azərbaycanın Türkiyə və İranla münasibətləri, onlar arasında fərqlər, xüsusilə, viza rejiminin tətbiqi məsələsinə aydınlıq gətiriləcəkdir. Həmçinin, türk həmrəyliyi konteksində Güney Azərbaycan faktoru da təhlil ediləcəkdir.

Mövzu üzrə maraqlı olan hər kəs tədbirə dəvət olunur.

28 aprel saat 14-30-da N.Nərimanov mts., M.Məmmədzadə küç. 5/7.
Əlaqə: 012 567-43-95 / 070 214 08 00

MDHP Mətbuat Xidməti