Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

Uluslararası Güney Azərbaycan Konseyinin adından Sui-istifadəni pisləyirik

Uluslararası Güney Azərbaycan Konseyinin adından Sui-istifadəni pisləyirik
Son zamanlar Uluslararası Güney Azərbaycan Konseyinin (UGAK) daxilində yaranan ixtilaflar Konseyin fəaliyyətini Güney Azərbaycan məsələsinə deyil, daxili çəkişmələrə yönəldib. Bu ixtilafların mətbuat səhifəsinə çıxması və bəzi çirkin məqsədli adamların bu ixtilaflardan istifadə edərək konseydə təmsil olunan siyasi və ictimai təşkilatların rəhbərlərini hədəf alaraq onları ləkələmək cəhdləri müşahidə olunmaqdadır. ”Zəlimxan Məmmədli və Fərəc Quliyev Firudin Cəlilova qarşı” başlıqlı yazı da bu qəbildəndir. Biz bu yazıya Firudin Cəlilovun özünün münasibət bildirməməsindən təəssüflənirik.
Xatirladaq ki, təşkilatımız yaranan gündən Bütöv Azərbaycan hədəfini prioritet götürübdür. Milli Dircəliş Hərəkatı partiyasının təşkilat komitəsi yarandığı vaxtdan-2003-cü ildən partiyani departamentlik institutu modelində formalaşdırıb. Təşkilatda müxtəlif departamentlər, o cümlədün Güney Azərbaycan departamenti formalaşıb. Ən müxtəlif Fəaliyyət formalarımız problemə adekvat olub. Təkcə “Təbriz “qəzetini buraxmağimızı xatırlatmaq kifayət edər. Təşkilatımızın liderinin Güney Azərbaycanla bağlı fəaliyyətinin bir neçə məqamına nəzər salmaqla, bizə daş atanların yanlış içində oldugunu özlərinə xatiplatmaq istəyirik.
Milli Dircəliş Hərəkatı partiyasının sədri, Millət vəkili Fərəc Quliyev 1990-cı ildə baş tutmuş sərhəd hərəkatının ideoloq və təşkilatçılarından biri kimi 1991-ci ildə Azərbaycan Parlamentində müstəqillik aktı qəbul olunarkən Azərbaycanin adının Quzey Azərbaycan Respublikası qoyulması təklifi ilə çıxış etdi. Bununla da ilk dəfə Azərbaycanın bölünməsi məsələsi, yalnız bir hissədə suverenliyin qazanilması və digər bir hissəsinin işğalda qalması, yalnız Azərbaycan birləşdikdən sonra ölkəmizin adının Azərbaycan Respublikası kimi adlandırılmasının ədalətli status-kvonun təsbiti olacağını parlament səviyyəsində qaldırıldı. 8 illik siyasi məhbus həyatından sonra ilk fəaliyyətini 2002-ciildə DAK-da başladan Fərəc Quliyev həmin il Haaqada DAK-ın qurultayında Azərbaycanın bölünmüş xalq statusu ilə bağlı məsələnin BMT səviyyəsində müzakirəsinə nail olunması, Güney azərbaycan mühacirət hökümətinin formalaşdırmaq haqda təklifləri səsləndirdi. 2010-cu ildə Fərəc bəy yenidən parlamentə secildi və ilk sessiyada Turkməncay müqaviləsinin qüvvədən düşməsinin tanınması məsələsini qaldirdı.
Biz Bütöv Azərbaycan hədəfli təşkilatıq. Heç bir bölücülüyü qəbul etmirik. Biz Bütöv Azərbaycan davasının bir mərhələsi olan Güney Azərbaycanın müstəqillik mübarizəsinə könül verən fərdlər, QHT-lər, partiyalar, dərnəklər, ictimai təşkilatlar, bölünmüş təşkilatların bütün qanadları ilə əməkdaşlığı məqbul sayırıq. Uluslararası Güney Azərbaycan Konseyi konfederativ prinsipli əməkdaşlıq formatlarından biridir. Bu bir unitar təşkilat deyil. Burada təşkilatlar konseydəki təmsiçiləri vasitəsi ilə əlaqə yaradır, əməkdaşlıq edirlər. Kimsə bu əməkdaşlıq mərkəzini dərnəyə çevirmək, başqan olmaq və bunun üçün ixtilaf və daxili çəkişmələr yaradırsa, yanlış edir. Konsey yaranan Forumda Milli Dircəliş Hərəkatı partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev konseyə seçilməyə nümayəndələrin təkidi ilə razılıq versə də, idarə heyyətinə bütün təkidlərə baxmayaraq daxil olmadı. Göründüyü kimi, ambisiyalı konsey üzvlərinin əli ilə Fərəc Quliyevin adının bəzi yazılarda, çəkişmələrdə hallandırılması qərəzlidir. Biz bu çəkişmələrdə heç vaxt iştirak etməmişik və iştirak etmirik, tərəf deyilik. Tövsiyə edir, arzulayırıq ki, konseyin çəkişən bütün tərəfləri özlərində güc tapıb bir araya gəlsin, İran imperiyasını sevindirməsinlər.
Bəyan edirik ki, qurultaya dəvət alarıqsa, müşahidəçi kimi içtirak edecək, hec bir seçkili orqanda təmsil olunmayacağiq. Bu formatla, burada iştirak edəcək və etməyəcək butun təşkilatlarla bərabər məsafədə Güney Azərbacan məsələsi ilə baglı, milli mənafelərimizə zidd olmayan bütün məsələlərdə əməkdaşlıq edəcəyik.

Milli Dircəliş Hərəkatı partiyası Güney Azərbaycan Departamenti.