Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

MDHP Türk Dünyası Departamenti bəyanat verdi

MDHP Türk Dünyası Departamenti AKP-ni özünün Türk Dünyası siyasətinə yenidən baxmağa dəvət edir.

Milli Dirçəliş Hərəkatı Partiyası Türk Dünyası Departamenti Güney Azərbaycan Milli Oyanış Hərəkatı lideri Mahmudəli Çöhrəqanlının Türkiyəyə buraxılmaması ilə bağlı bəyanat yayıb.

Qeyd edək ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının X qurultayına dəvət alan Güney Azərbaycan Milli Oyanış Hərəkatı lideri Çöhrəqanlı dəvəti qəbul edib qurultaya qatılmaq istəsə də, Ankaranın “Esenboğa” hava limanından geri qaytarılıb.
MDHP Türk Dünyası Departamenti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dünyasına qoyduğu embarqolardan dolayı etiraz edir və Türkiyəni rəsmi siyasətdə türkün yanında olmağa səsləyir. Öz qurultayında kürdlərin nümayəndəsi Bərzaninin iştirakını təmin edən AKP-nin GAMOH lideri Çöhrəqanlıya, uyğur türklərinin lideri Rabiyə Qədirə qoymuş olduğu qadağalar anlaşılan deyil və bu addım Türkiyənin Türk Dünyasından uzaqlaşdırılmasına hesablanıb. Milliyətçi Hərəkat Partiyasının Türk Dünyasına verdiyi diqqət qarşılığında AKP-nin Türk Dünyasına sayqısız münasibəti Türkiyə türkləri ilə yanaşı Azərbaycan türklərini də üzmüşdü.

MDHP Türk Dünyası Departamenti AKP-ni özünün Türk Dünyası siyasətinə yenidən baxmağa, türklük bir kənara, Fələstindəki ərəblər, İraqdakı kürdlər qədər Güney Azərbaycandakı Azərbaycan türklərinə, Çin əsarətində olan uyğur türklərinə ən azı müsəlman qardaşı olaraq dəstək olmağa dəvət edirik. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün prinsiplərinə (“Nə mutlu türküm deyənə”) sadiq olmağa çağırırıq.


Milli Dirçəliş Hərəkatı Partiyası
Türk Dünyası Departamenti