Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçiriləcək.

“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçiriləcək.
Milli Dirçəliş Hərəkatı Partiyası Borçalı departamentinin təşəbbüsü ilə Gürcüstan Türkləri Konfederasiyası ilə birlikdə Gürcüstandakı soydaşlarımızın problemləri ətrafında mətbuat konfransı keçiriləcək.

26 noyabr saat 12-00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı son zamanlar vüsət alan ayrı-seçkilik (evlərə basqınlar və s.), torpaq və dil problemləri müzakirə olunacaq. MDHP və GTK tərəfindən Borçalıda baş verənlər faktlarla və canlı şahidlərlə ictimaiyyətə çatdırılacaq.


Mətbuat nümayəndələri dəvətlidir.