Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

MDHP rəhbərlərinin Gəncə səfəri.

MDHP rəhbərlərinin Gəncə səfəri.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin birinci müavini Abbasov Bayram, MDHP Qərbi Azərbaycan Departamentinin sədri və MDHP sədr müavini Abbasov Arif, MDHP Qərbi Azərbaycan Departamentinin Məclisinin sədri Rzayev Əli MDHP rayon şöblərində işin təşkil edilməsi üçün 23-26 mart 2013-cü il tarixlərində Gəncə şəhərində və Gəncə ətrafı rayonlarda səfərdə olmuşlar.
Səfər zamanı Gəncədə və ətraf rayonlarda təşkilati məsələlərlə bağlı bir neçə toplantı keçirilmişdir. Toplantıda Partiya rəhbərləri ilə yanaşı, partiya üzvləri, şəhər, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar da iştirak etmişdir.
1918-ci ildən deportasiyaya zaman-zaman məruz qalan Qərbi Azərbaycanlıların böyük bir qismi Gəncə və Ətraf rayonlarda məskunlaşmışdır. Onların Ata Vətənlərinə qayıtmaq arzusu və reallaşma yolları, MDHP Qərbi Azərbaycan Departamentinin bu yöndə olan fəaliyyəti müzakirə olunmuş, əhalidən də təkliflər alınmışdır. Bu ərazidə MDHP Qərbi Azərbaycan Departamentinin bölgə strukturunun formalaşdırılması başa çatdırılmışdır.
MDHP rəhbərliyini keçirdiyi toplantılarda Gəncə və ətraf rayonlarda yaşayanGüney Azərbaycanlı Mühacirlər cəmiyyətinin üzvüləri də iştirak etmiş və MDHP-nin Bütöv Azərbaycan siyasi xəttini dəstəklədiklərini bildirməklə partiyanın üzvülüyünə qəbul olunmuşlar.
Səfərin ikinci günü gənclərlə görüş keçirildi və gənclər MDHP üzvülüyünə qəbul edildi.
Sonrakı gün Göy-göl bölgəsində toplantılar davam etdirilmişdir.

MDHP Mətbuat Xidməti.