Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP

Milli Dirçəliş Hərəkatı Partiyası rəhbərliyi Fərəc bəyin sədrliyi ilə növbəti yığıncağını keçirdi.

Milli Dirçəliş Hərəkatı Partiyası rəhbərliyi Fərəc bəyin sədrliyi ilə növbəti yığıncağını keçirdi.
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının Mərkəzi Qərargahında Fərəc Quliyevin sədrliyi ilə Sədr Aparatının növbəti yığıncağı keçirilmişdir.
Yığıncağın gündəliyində əsas məsələ təşkilati məsələlər omuşdur.

Milli Dirçəliş Hərəkatı Partiyası Sədrinin Siyasi məsələlər üzrə müavini Sübhan bəy ezam olunduğu Səlyan, Neftçala, Lənkəran, Astara və Masallı rayonlarındakı fəaliyyəti barədə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin birinci müavini Bayram Abbasov, MDHP Qərbi Azərbaycan Departamentinin sədri və MDHP sədr müavini Arif Abbasov , MDHP Qərbi Azərbaycan Departamentinin Məclisinin sədri Əli Rzayev Gəncə şəhərində və Gəncə ətrafı rayonlara etdikləri səfərlə bağlı, MDHP Qarabağ Departamentinin sədri, MDHP Sədrinin müavini Şakir Ağayev Abşeron, Quba, Xaçmaz rayonlarında və Xirdalan şəhərindəki fgəaliyyəti haqda, Bakı və Abşeron kəndləri Departamentinin sədri, MDHP sədrinin müavini İdris bəy Xızı. Dəvəçi, Siyəzən rayonlarında vəŞorabad qəsəbəsindəki fəaliyyəti ilə bağlı və Milli dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin sədri, MDHP sədrinin müavin Əlirza Amanbəyli Güney Azərbaycandakı son vəziyyət və görülən işlərlə bağlı geniş məlumat verdilər. Bölgələrdə görülən fəaliyyət və əhalinin MDHP-yə olan müsbət münasibəti Partiya üzvülərinin sayının sürətlə artması müsbət qiymətləndirildi.
İkinci məsələ oaraq MDHP-yə müttəfiqliklə bağlı müraciətlərə baxıldı və bununla bağlı xüsusu qərar qəbul edildi.
Üçüncü məsələ kimi perespektiv məsələlər müzakirə olundu və aprel ayı üçün fəaliyyət proqramı təsdiqləndi.

MDHP Mətbuat Xidməti.