Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

MDHP-nin nümayəndəsi İCAPP beynəlxalq konfransında iştirak etdi

MDHP-nin nümayəndəsi İCAPP beynəlxalq konfransında iştirak etdi
Asiya Siyasi partiyaları Beynəlxalq konfransının Qadın Qolunun İlk İclası

5 Aprel 2013-cü il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq konfransının Qadın Qolunun İlk İclası keçirilib.
Tədbir Asiya ölkələri Siyasi partiyalarının çoxsaylı qadın siyasətçilərinin iştirakı ilə Asiyanın gələcək inkişafında qadınların əməkdaşlıq problemlərinə həsr olunmuşdur. Tədbir saat 09:00-18:15 aralığında Kempinski oteldə təşkil olunmuşdur.
Tədbiri Məlahət İbrahimqızı, Jose de Venecia, Əli Əhmədov, Bahar Muradova və Hicran Hüseynova öz nitqləri ilə açıq elan etdilər.
Konfransın açılışında Jose de Venecia İCAPP-ın (Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı) yaranması haqqında geniş məlumat verdi. Həmçinin keçmişdə və indiki dövrdə hakimiyyətdə olan qadınlardan danışdı.
Konfransın açılış nitqləri zamanı bir sıra təkliflər irəli sürüldü və qəbul edildi. Açılış mərasimindən sonra qrup şəklində fotolar çəkildi və fasilədən sonra birinci plenar sessiya başladı. Sesiyada bir çox ölkələrin deputatları, partiya nümayəndələri çıxış etdilər.
Ümumilikdə tədbir 3 plenar sesiyadan ibarət idi. Bu sesiyalarda 3 mövzu müzakirə olundu. Müzakirələr zamanı daha çox gender bərabərliyi, qadınların problemlərinin həlli barəsində danışıldı.
Qeyd edək ki, bu beynəlxalq konfransda 24 ölkə iştirak edib və 36-dan çox iştirakçı çıxış edib.
Tədbirin sonunda sentyabrın 12-14-də Cənubi Koreyada seminar keçiriləcəyi iştirakçıların nəzərinə çatdırıldı və bu konfransda iştirak edənlər dəvət aldılar.
Məlahət İbrahimqızının çıxışı ilə konfrans başa çatdı və sonda Bakı bəyamnaməsi qəbul edildi.
Tədbir saat 19:00-da Yaxt klubda şam yeməyi və yeməkdən sonra qeyri rəsmi toplantı şəklində davam edib.
MDHP-nin nümayəndəsi İCAPP beynəlxalq konfransında iştirak etdi
MDHP Mətbuat Xidməti.