Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

MDHP və ATA BLOKU - nun 10.04.2013 TARİXİNDƏKİ RAZILAŞMASI

MDHP və ATA BLOKU - nun 10.04.2013 TARİXİNDƏKİ RAZILAŞMASI
Milli Dirçəliş Hərəkatı Partiyası və iyirmi iki partiyadan formalaşmış Ata bloku arasında razılaşma.

Bakı şəhəri
10 aprel 2013-cü il.

Anlaşmada aşağıdakı müddəalar ətrafında razılığa gəlindi:

1. Azərbaycan Respublikasının dövlət maraqlarının qorunması;
2. Ölkədə barışa söykənən sabitliyin əldə olunması;
3. Qarşıdurma və toqquşmalarındansa, parlamentdə və kürsülərdə fikir dartışmalarının daha səmərəli olacağını düşünərək mübarizənin və fəaliyyətin sivil formada aparılması;
4. Prezident seçkiləri dönəmində seçki öncəsi mühitin demokratikləşməsi;
5. Seçkilərin demokratik, şəffaf keçirilməsi ,seçkilərin müşahidəsinin birgə təşkili;
6. Seçici fəallığının təmin olunması, bu seçkilərdə prezidentliyə namizədin verilməsində, birgə müzakirələrin təşkili;
7. Fəaliyyət müddətində daha dərin inteqrasiya və prezident seçkilərində vahid namizədlə iştirakın müzakirəsi.

MDHP Sədri Fərəc Quliyev

Ata blokunun sədri Çingiz Dəmiroğlu


QEYD: Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ata blokunun sədri Çingiz Dəmiroğlu yuxarıda göstərilən müddəalar əsasında digər siyasi qüvvələrlə də konsolidasiyanın mümkünlüyünü qeyd etdilər.