Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video

MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
1988-ci ildə Qərbi Azərbaycanda türklərə qarşı həyata keçirilmiş soyqırım və departasiya ilə bağlı anım məkanının yaradılması ilə bağlı hökumətə müraciət edildi

Bu gün- 10 dekabr 2016-ci il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının Qərbi Azərbaycan Departamenti 1988-ci ildə Qərbi Azərbaycandan türklərin soyqırımı və departasiyasının 28-ci ildönüminə həsr edilmiş tədbir keçirib. Partiyanın Mərkəzi Qərəgahının akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev hadisələrin tarixi və yaranma səbəbləri barədə məruzə ilə çıxış etdikdən sonra, sözü tədbir iştirakçılarına verdi. Çıxışçılardan Azərbaycan Milli Elmlər Akademiyasından araşdırmaçı-alim Mirzə Ənsərli və yazıçı-publisist Niftalı Göyçəli hadisələrə qədərki tarixi gerçəkliklər barədə, MDHP Ali Məclisinin sədri Tahir Seyidov, partiya fəalı Həbib Ələkbərsoy, Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, “Qərbi Azərbaycana qayıdış” İctimai Birliyinin sədri Lida Əyyubova, “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyinin sədri Əlövsət Qasımov, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, yazıçı-jurnalist Nüyvər Şərifova və digərləri isə dönəmin facilərəi və həmin hadisələrin yaratdığı problemlər barədə danışdılar. Çıxışçılar hadisələrin dünyaya çatdırılması ilə bağlı bir sıra təkliflər verdilər. Elm adamları və ictimai-siyasi xadimlərin mövzu ilə bağlı çıxışları dinlənildikdən sonra, verilmiş təkliflərlə əlaqədar müzakirələr aparılaraq, Departament adından müraciət-bəyanat verilməsi ilə bağlı qərar qəbul olundu. Verilmiş təkliflər üzərində qəbul edilmiş müraciət-bəyanatın mətni aşağıdakı kimidir:

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə 10 dekabr 2016-cı ildə keçirilən tədbirin iştirakçılarının Türk Dövlətlərinə və beynalxalq təşkilatlara

Müraciəti


Tarixi faktlarla sübut olunduğu kimi hazırda Ermənistan respublikasi adlandırılan Qərbi Azərbaycan torpaqlarının aborigen sakinlari – türklər olmuşlar. 1918-ci ilədək bu ərazidə erməni dövləti mövcud olmamışdır. 6 oktyabr 1827-ci ildə İrəvan xanlığının çar Rusiyası tərəfindən işğalından sonra işğal edilmiş İrəvan xanlığının ərazisinə yuzminlərlə erməni (hay) köçürülmüş və gəlmələrin xeyrinə demoqrafik dəyişiklik yaratmağa çalışmışlar. Çarın göstərişi ilə erməni ailələrinin muxtəlif ölkələrdən İrəvana və Azərbaycanın digər bölgələrinə köçürülməsində çar məmurları Lazarevin, Paskeviçin, Qriboyedovun və başqalarının xüsusi xidmətləri tarixi mənbələrdə inkar olunmaz faktlar kimi qalmaqdadır. Beləliklə Rusiya tərəfindən İrəvanın ilhaqından sonra yerli türklərin tarixi faciəsinin başlangıcı qoyuldu. Həmin ərazilərdə erməni dövlətinin yaradılmasını qarşılarına məqsəd kimi qoyan bədxahlar 1918-ci ilin mayında arzularına çatdılar. Ermənistan dövlətinin yaradılması ilə Azərbaycana qarşı torpaq iddiaları dövlət səviyyəsində hayata keçirilməyə başladı. Yerli Azərbaycan türklərinə qarşı soyqırım və etnik təmizləmə siyasəti geniş vüsət aldı.Toponim adlarından bəlli olduğu kimi tarixi türk yurdları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Zəngibasarda, Vedibasarda yüzlərlə yaşayış məntəqəsi dağıdıldı əhali soyqırıma məruz qaldı. Sovet dönəmində 1947 - 48 - ci illərdə davam edən Azərbaycan türklərinin departasiyası 1988 – 89 - cu illərdə başa çatdırıldı. Hazırda Ermənistan respublikasında bir nəfər də olsun Azərbaycan türkü qalmamışdır. Bütün bunlarla yanaşı erməni təcavüzü bu günə qədər davam edir. Havadarlarına arxalanan erməni işğalçıları Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla 20% Azərbaycan torpaqlarını işğal edərək həmin ərazilərdə etnik təmizləmə aparmışlar. BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının erməni işğalından azad olunması haqda 4 qətnaməsi yerinə yetirilməmiş qalır. Dünya birliyi isə bu ədalətsizliyə göz yummaqla əslində ermənipərəst mövqe nümayiş etdirir. Biz, Qərbi Azərbaycanlılar bütün təşkilatlara - Türk dövlətlərinə, o cümlədən BMT-yə, ATƏT-ə, Avropa PA-na, AB ölkələrinə, İslam Ölkələri Konfransina müraciət edərək departasiya olunmuş Qərbi Azərbaycanlıların hüqüqlarının bərpa olunmasını, onların talan olunmuş əmlaklarının əvəzinin ödənilməsini, doğma yurdlarına qayıdışı üçün təminatın yaradılmasını tələb edirik. Bu qlobal problemlərin həllində Azərbaycan hökumətinin gördüyü işlərə dayaq olmaqla bir daha bəyan edirik ki, biz Qərbi Azərbaycanlılar itirilmiş torpaqlarımızın geri qaytarılmasında, arazi bütövlüyümüzün barpası uğrunda Azərbaycan dövlətinin və hökumətinin daim yanındayıq və vətənimizin müsəlləh əsgərləriyik.

BƏYANAT


Biz, bugünkü toplantı iştirakçıları Azərbaycan hökumətinə müraciət edirik ki, 1988-ci ildə Qərbi Azərbaycanda türklərə qarşı həyata keçirilmiş soyqırım və departasiya ilə bağlı anım məkanının yaradılması ilə bağlı tədbirlər görsün və xarici turistlər və rəsmi qonaqlara bu barədə məlumat verilsin. Bundan əlavə biz, Qərbi Azərbaycandan departasiya olunmuş əhali adından Azərbaycan hökumətinə və Azərbaycan – Ermənistan müharibəsinin beynəlxalq hüquq normalarına dayanaraq həll edilməsində və işğalçıların işğal etdikləri ərazimizdən çıxarılmasında maraqlı olan bütün beynəlxalq qurumlara müraciət edərək, Dağlıq Qarabağla yanaşı İrəvan məsələsinin də danışıqlar predmeti olmasını, Qərbi Azərbaycan türklərinin mühacir hökumətinin də danışıqlara cəlb edilməsini və bizlərin hüquqlarının tanınmasını tələb edirik. Həmçinin biz Qərbi Azərbaycanlılar öz dədə-baba yurdlarımıza qayıtmaqda israrlı olduğumuzu və bu yolda qətiyyətlə mübarizə aparacağımızı bəyan edirik.

10 dekabr 2016-cı il


Tədbirdən FOTOLAR:
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi.-foto, video
Tədbirin VİDEOGÖRÜNTÜLƏRİ: