Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev partiyaya yeni qəbul edilən gənclərlə görüşdü

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev partiyaya yeni qəbul edilən gənclərlə görüşdü Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasına yeni üzvülər qəbul olundu. Gənclərin Milli Dirçəliş Hərəkatı Partiyası üzvülüyünə qəbul edilməsi Azərbaycanın Milli dövlətçiliyini gücləndirməklə yanaşı, Azərbaycan gənclərinin də siyasi və milli ruhda formalaşmasında önəmli rol oynayan amillərdən biridir. Azərbaycan Dillər Univerisitetinin tələbələrinin çoxluq təşkil etdiyi gənclər Partiyanın lideri və Millət vəkili Fərəc Quliyevlə də MDHP-nin Mərkəzi qərargahında görüşüb fəaliyyət istiqamətləri haqda tövsiyyələr aldılar. Görüşü MDHP-nin Azərbaycan Dillər Universitetində səlahiyyətli nümayəndəsi Coşqun Dadaşov təşkil etmişdi. Görüşün sonunda gənclərlə xatirə şəkilləri çəkildi.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev partiyaya yeni qəbul edilən gənclərlə görüşdü