MDHP lideri, Millət Vəkili Fərəc Quliyev GAİP sözçüsü Saleh İldırımı MDHP-nin mərkəzi qərarganında qəbul etdi.
Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırım Bakıda səfərdədir
Məlum olduqu kimi, Kanadada siyasi mühacir olaraq yaşayan Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) sözçüsü Saleh İldırım Bakıda səfərdədir.
Bu gün Saleh İldırım Milli Dirçəliş Hərəkatı Partiyasının Sədri, Millət Vəkili Fərəc Quliyev və MDHP Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəyli ilə MDHP-nin mərkəzi qərargahında görüşüb.
Görüş zamanı Güney Azərbaycanda son durum və milli hərəkatın qarşıdan gələn "iranda prezident seçkiləri"ndə hansı mövqe tutacaqı məsələləri, xaricdə fəaliyyət göstərən Güney Azərbaycan təşkilatları arasında iş birliyinin yaradılması formaları, MDHP, GAİP və bir çox Güney Azərbaycan təşkilatları ilə MDHP arasında əməkdaşlıq memorandumu imzalanması müzakirə olundu.