Sabahdan 09-12 may 2013-ci il tarixlərində ATƏT növbəti təlimini keçirəcək. Təlim siyasi partiyaların gənclər təşkilatları üçün “Siyasi partiya quruculuğu” mövzusunda təlimçilər üçün keçiriləcək. 09-12 may 2013-cü il tarixlərində “Siyasi partiya quruculuğu” mövzusunda keçiriləcək bu təlimdə iştirak üçün Milli Dirçəliş Hərəkatı Partiyasından seçilmiş Coşqun Dadaşov və Leyla Cahangirova iştirak edəcək. Təlim müddətində MDHP təmsilçilərinin ATƏT-in təlimatçılarına və təlim iştirakçılarına partiyanın qurulması, bugünkü fəaliyyəti haqqında geniş məlumat verəcəkləri nəzərdə tutulub.