MDHP 28 may - Respublika günü münasibəti ilə tədbirlərinə start verdi.
İlk tədbir Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində yerləşən abidəsini ziyarətlə başladı. Belə ki, 26 may 2013-cü il tarixində Milli Dirşəliş Hərəkatı Partiyasının bir qrup gənci abidəni ziyarət etdi və ADR-in qurucularından biri M.Ə.Rəsulzadənin həyat yolu və gördüyü işlər haqqında partiya sədrinin müavinləri çıxışlar etdilər. Tədbir yüksək bayram əhval-ruhiyyəsi ilə keçdi və tədbir iştirakçıları abidə önündə xatirə şəkilləri çəkdirdilər