Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

"Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu" mövzusunda tədbir keçirildi

"Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu" mövzusunda tədbir keçirildi
Dekabrın 16-da Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının, bələdiyyələrdə təmsil olunan qadınların rolunun yaxşılaşdırılması üçün nəzərdə tutulan DAYAQ Mentorluq layihəsinin iştirakçılar üçün verdiyi kiçik maliyyə vəsaiti ilə, Milli Dirçəliş Hərəkatı partiyasının sədri, deputat Fərəc Quliyevin müşaviri, Qaraçuxur bələdiyyə üzvü Leyla Cahangirova “Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu” adlı dəyirmi masa həyata keçirib.

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon Təşkilatının inzibati binasında həyata keçirilən tədbirdə nüfuzlu ictmai-siyasi xadimlər, media nümayəndələri, psixoloqlar, müəllimlər, şagirdlər və tələbələr, o cümlədən Suraxanı rayonu ictimaiyyətinin məsul şəxsləri və sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Leyla Cahangirova qonaqları salamlayaraq respublikamızda həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdəki rolundan, məqsəd və vəzifələrindən bəhs edib.

Psixoloq və təlimçi Gülnarə Muxtarova qadınların cəmiyyətin sosial və siyasi həyatında aktiv iştirak etmələri üçün öz daxili potensiallarını kəşf etməli olduğunu və bunu düzgün istiqamətləndirilməli olduqlarını vurğulayıb, onlarda psixoloji baryerlərin ortadan qalxması üçün kiçik tetslər edib.

Ardınca çıxışçılardan Milli Dirçəliş Hərəkatı partiyasının sədri deputat Fərəc Quliyevin köməkçisi, medianın nüfuzlu simalarından olan Həbib Ələkbərov, Yeni Azərbaycan Partiyasının sədr müavini Fərman Rəsulov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin müşaviri və “Mənim təhsilim, mənim gələcəyim” layihəsinin ideya müəllifi Rövşən Nəcəfov, Qaraçuxur Bələdiyyəsinin sədr müavini Əvəz Mirzəyev və digərləri mövzu ilə bağlı ətraflı məlumatlar verərək, bununla bağlı elmi əsasları və dünya təcrübəsini təqdim ediblər.

Çıxışlardan yaranmış suallar əsasında tədbir diskussiya şəklində və iştirakçıların sərbəst çıxışı ilə davam etdirilib.

Sonda xatirə şəkli çəkildi və tədbir yekunlaşdı.
"Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu" mövzusunda tədbir keçirildi

"Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu" mövzusunda tədbir keçirildi

"Müasir informasiya çağında qadınların cəmiyyətdə rolu" mövzusunda tədbir keçirildi