Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevin doğum günüdür

Fərəc Quliyevin doğum günüdür Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəklili Fərəc Quliyevin doğum günüdür. Hələ Sovet imperiyasına qarşı başlamış xalq hərəkatından Azərbaycan ictimaiyyətinə adı tanış olan Fərəc Quliyev Milli Azadlıq Hərəkatı və Sərhəd Hərəkatının liderlərindən idi. Sonradan onun adı “Azәrbaycan Respublikasının dövlәt müstәqilliyi haqqında konstitusiya aktı”-nı hazırlayanlardan, və Parlamentdə leyhinə səs verən istiqlalçı deputatlardan biri kimi tarixə keçdi.
Ordu quruculuğu istiqamətində gördüyü işlər və ölkənin ərazi bütövlüyü uğrunda qatıldığı döyüşlərdə komandir kimi göstərdiyi şücaət rus hərbi elitasında ciddi narahatlıqlar yaratmışdı. Bunun da səbəbi mühim strateji əhəmiyyətə malik olan Soyuq zirvəsinin rus ordusundan alınması kimi, həyata keçirilən hərbi əməliyyatların, erməni silahlı birləşmələri ilə bərabər Azərbaycanda olan Rusiya hərbi bazalarına qarşı yönəlməsi idi.

Milli Dirçəliş Hərəkatının sədri kimi Turançılıq, Türkçülük və Bütöv Azərbaycançılıq ideologiyasının təbliğində lider olan Fərəc Quliyev, xalqın rifahı naminə çalışan deputat, millətin dirçəlişi, dövlətin qüdrətlənməsi uğrunda mübarizə aparan ictimai-siyasi xadimdir.

Yazdığı kitablar və rəhbərlik etdiyi media layihələri ideoloji və maarifləndirmə yüklü, həqiqətlərin ifadəsi məkanları olub.

Bir sözlə, Fərəc Quliyev Azərbaycan ictimaiyyətinin nüfuzlu adlarından biridir.

Bu qədər şərəfli bir ömürlə həyatının 54 ilini tamamlayan Fərəc Quliyev, doğmaları və yaxınları tərəfindən də əsl dost, səmimi və mərd insan kimi tanınıb.

Qayğıkeş və məsuliyyətli ailə başçısı olan Fərəc Quliyevi tanıyanlar onun, bütün xalqımıza qarşı eyni qayğı ilə yanaşdığını bilirlər.

Belə insanlar daim narahatlıq içərisində yaşayan olurlar. Lakin biz, Fərəc Quliyevin partiyadaşları olaraq, onun bütün ideyadaşları, silahdaşları, hərəkat yoldaşları, dostları, doğmaları və yaxınları, eləcə təbrikə qoşulan hər kəs adından ona KÖNÜL RAHATLIĞI ARZU EDİRİK! Fərəc Quliyevin könlünün rahat olması üçün, bəşəriyyətdə sülhün, vətənimizin bütöv, dövlətimizin qüdrətli, millətimizin birliyi və rifahı, doğmalarının və yaxınlarının sıxıntısız, ailəsində hər kəsin xoşbəxt olması lazımdı ki, bu da bizim ona olan arzumuzdur.



Sayğılarla, Milli Dirçəlişçilər