Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

“Türkiyədə baş verən olayların Azərbaycanda təkrarlanması mümkünsüzdür”

“Türkiyədə baş verən olayların Azərbaycanda təkrarlanması mümkünsüzdür” Fərəc Quliyev: “Cəmiyyətimiz ayıq, güc orqanlarımız yüksək vəziyyətdədir”

Türkiyədə ard-arda yaşanan terraktlar və bunun ardınca Rusiyanın bu dövlətdəki səfirinin öldürülməsi regiondakı vəziyyətin daha da gərginləşməsinə səbəb olub.
Maraqlıdır, bu gərginliyin hər hansı formada Azərbaycana daşınması mümkündürmü? Oxşar hadisələrin ölkəmizdə də təkrarlanması ehtimalı varmı?

Politika.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev Azərbaycanda belə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu qeyd edib:
“Əvvəla, Türkiyədə baş verən hər hansı bir hadisə Azərbaycanda baş verən faciə kimi tərəfimizdən qəbul edilir. Biz qardaş xalqlarıq. Türk millətnin başına gələn hər bir müsibətin bizə də aidiyyatı var. Təbii ki, bu hadisələrin Azərbaycanda da baş verməsində maraqlı qüvvələr var. Lakin Azərbaycann hüquq-mühafiz orqanları, DİN yüksək hazırlıq vəziyyətindədir və öz işini yüksək səviyyədə qurub. Azəbaycan cəmiyyəti də olduqca ayıqdır. Belə hadisələrin Azərbaycanda törədilməsi mümkün deyil. Belə cəhdlərin qarşısını almaq üçün hamı əl-ələ verməlidir. Bu, sadəcə hökumətin işi deyil. Hamı bu məsələdə həmrəy və ayıq olmalıdır”.