Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

MDHP Qərbi Azərbaycan Departamentinin keçirdiyi "Uluxanlı-130" tədbirində Azərbaycan hökumətinə və beynəlxalq təşkilatlara müraciət qəbul edildi.

MDHP Qərbi Azərbaycan Departamentinin keçirdiyi "Uluxanlı-130" tədbirində Azərbaycan hökumətinə və beynəlxalq təşkilatlara müraciət qəbul edildi. Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin “Qərbi Azərbaycan məktəbləri silsiləsindən Uluxanlı məktəbi 130” yubiley iştirakçılarının Azərbaycan hökumətinə və beynəlxalq təşkilatlara müraciəti

Son 300 il ərzində Cənubi Qafqazda Azərbaycan türklərinə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində, millətimiz ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqları min illər boyu ulu babalarımızın yaşadıqları və uyuduqları əzəli torpaqlar olmuşdur.
10 fevral 1828-ci ildə Rusiya-İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsindən sonra,
Azərbaycan torpaqları çar Rusiyası tərəfindən işğala məruz qalmış, həmin ərazilərə Türkiyə və İrandan eləcə də yaxın şərqdən erməni ailələri köçürülməyə başlamışdır.
Özünə hərbi plazdarm və “sadiq” tərəfdaş əldə etməyə çalışan çar Rusiyası bu məqsədlə Cənubi Qafqazda ermənilərə havadarlıq etmişdir. Türkmənçay sülh müqaviləsinin şərtlərinə görə çar Rusiyası 1917-ci ilədək Xəzər dənizində hərbi dəniz donanması yaratmaq hüququ əldə etdi. Bu donanma 1918-1920-ci illərdə Cənubi Qafqazın işğalında bolşeviklərin dayağı oldu. 1920 –ci ildə Qərbi Azərbaycan torpaqlarında mövcud olmayan bir erməni dövləti yaradıldı , paytaxt isə Azərbaycan Demokratik Respublikası tərəfindən ermənilərə 100 il müdətinə verilən İrəvan şəhəri oldu.Bu müddət arıq başa çatmaq üzrədir.
Rusiya imperiyasi , Azərbaycan türklərini qədim dədə-baba yurdlarından deportasiya edərək demoqrafik dəyişikliyi ermənilərin xeyrinə həll etmişdir.
Sonralar 1905-1908, 1918-1920, 1948-1953, 1988-ci illərdə ermənilər öz rus havadarlarına arxalanaraq milli zəmində azəri türklərinə qarşı əsl soyqırım törətmiş və “dənizdən-dənizə hayasdan” monoerməni Rusiyanın oyuncaq quberniyasını yaratmışlar.
Azərbaycan türklərinə qarşı dövlət səviyyəsində həyata keçirilmiş son tarixi cinayət isə 1988-ci ildə baş verdi. 1988-ci ildə Ermənistan SSR-də yaşayan üç yüz minədək azəri türkü bütün daşınan və daşınmaz əmlakının əvəzi ödənilmədən erməni vandalları tərəfindən ya mənimsənilmiş, ya da dağıdılmışdır. Bütün məhrumiyyətlərə və insanlığa sığmayan iyrənc hadisələrə dözən soydaşlarımız Azərbaycan Respublikasına pənah gətirməyə məcbur olmuşdur. Onlar yurd-yuvalarından, ata-babalarının uyuduğu qəbristanlıqlardan və əmlaklarından məhrum oldular. Azərbaycan hökuməti qaçqınları ölkə ərazisində yerləşdirmiş, onlara qaçqın statusu vermiş, ölkə vətəndaşlağına qəbul etmişdir. Azərbaycan hökuməti qaçqınlara qucaq açdı. Bununlada taleyimizə qaçqınlıq yazıldı. Uluxanlı kəndinin adı Salyan rayinunda əbədiləşdirildi.Elə həmən kəndə, yəni yeni Uluxanlı kəndində Uluxanlı məktəbidə açıldı ki, bu da erməni işğalında qalan Uluxanlı məktəbının simvolik olaraq davamçısıdır. Hər yerdə dövlətin bizə qayğısını hiss etdik. Biz Qərbi Azərbaycanlılar isə buna cavab olaraq həmişə dövlətə etibarlı dayaq olduq. Bugündə biz Azərbaycan dövlətçiliyində layiqincə təmsil olunur və Azərbaycan dövlətçiliyinə layiqli arxayıq. Lakin 2002-ci ildən etibarən bu qaçqın statusu ləğv edilmişdir. Bununla da, hər cür beynəlxalq hüquq və humanitar imtiyazlardan məhrum olmuşdurlar. Azərbaycan Respublikası “qaçqın və məcburi köçkünlərin statusu” haqqında qanunun 2-ci maddəsində deyilir: “sülhə qarşı hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyən olunmuş şəxslərə” qaçqınlıq statusu verilmir. Bu qanun, bir daha biz qaçqınların qaçqın statusunun bərpasına tam hüquqi əsas verir. Əminik ki, haqq ədalət öz həllini tapacaq. Baxmayaraq ki, biz qaçqınların keçirdiyi mənəvi-psixoloji sarsıntıları və vətən həsrətini heç bir mal-mülk, sərvət əvəz edə bilməz. Vaxt gələcək doğulub boya-başa çatdığımız doğma ata-baba yurdumuza, Qərbi Azərbaycana qayıdacağıq. Necə ki, tarixdə ata-baba yurdlarından deportasiya olunmuş Axıska türkləri, krım tatarları və çeçenlər el-obasına qayıtmışlar.
Əminik ki, tarixi ədalət sevincini bizdə yaşayacağıq.


1.Biz yubiley iştirakçıları, Azərbaycan Respublikası “qaçqın və məcburi köçkünlərin statusu” haqqında qanunu əsas tutaraq Azərbaycan hökumətindən statusumuzun bərpasını, Ermənistan- Azərbaycan müharibəsində aparılan sülh danşıqları prosesinə Qərbi Azərbaycanlıların da öz yurd yerlərinə qayıdışı məsələsini də gündəliyə salınmasını xahiş edirik.

2.Qərbi Azərbaycandan (indiki Ermənistan) zorla ev-eşiklərindən qovulmuş azərbaycanlıların daşınan və daşınmaz əmlak mülkiyyət hüquqları tanınsın və Ermənistan hökumətindən dəymiş maddi və mənəvi itkiyə görə; Azərbaycan qaçqınlar cəmiyyətində toplanmış sənədlər əsasında hesablanaraq müəyyən olunmuş, təxminən 22,5 milyard ABŞ dolları həcmində təzminat ödənilməsi tələb edilsin.

3.Rusiya tərəfindən qondarma Ermənistan dövləti yaradılmış Azərbaycan torpaqlarından- İrəvan, Zəngibasar, Vedibasar, Ağbaba, Zəngəzur, Göyçə, Dərələyəz və.s ərazilərimizdən zorla qovulmuş abarogen xalq olan qərbi Azərbaycan türklərinin reportasiyası-qayıdışı və öz yurdlarında məskunlaşması üçün Beynəlxalq təşkilatlar beynəlxalq normalara uyğun olaraq müvafiq addımlar atsın .
4. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalına son qoyularaq dərhal BMT-nin işğalı pisləyən, Ermənistan quldur hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnaməyə əməl olunsun. BMT Cənubi Qafqazda müharibə istəmirsə öz qətnamələrinin həllinə əməl etsin. Əks təqdirdə müharibə qaçılmazdır.

5.Bugün qonşu Gürcüstanda yaşayan 500 000 azərbaycanlı soydaşlarımızın həyat tərzi, sosial-iqtisadi durumu haqlı olaraq Azərbaycan xalqını çox narahat edir. Gürcü hökumətinin soydaşlarımıza qarşı yürütdüyü ayrı seçkilik siyasəti nəticəsində soydaşlarımızın sosial həyat tərzi günü gündən ağırlaşır. Belə davam edərsə Borçalıdan olan soydaşlarımızda Qərbi Azərbaycanlıların yaşadığı acı taleyi yaşaya bilər. Bunun baş verməməsi üçün Azərbaycan hökuməti öz nüfuzundan istifadə edərək Gürcüstan dövlətinin oradakı soydaşlarımıza münasibətdə fərqli siyasət yürütməsini təmin etməlidir. Əks təqdirdə daha bir türk el obası boşalacaqdır. Əmin olaq ki, Azərbaycan hökuməti və xalq, gürcüstanlı soydaşlarımızın yanında olacaqlar. Müraciət Azərbaycan hökumətinə və aşağıdakı adları qeyd olunan Beynəlxalq təşkilatlara ünvanlanır.


1.BMT-yə
2.İslam əməkdaşlıq təşkilatına
3.Təhsil və maarif sahədə BMT yanında YUNESKO-ya
4.BMT yanında Haaqa məhkəməsinə
5.Avropa birliyi: insan hüquq komissiyasına
6.Avropa birliyi: parlament assambleyasına
7.ATƏT-in Minsk qrupu rəyasət heyətinə
8 A.Ş.P.A-ya
9 Avropa məhkəməsinə
Biz, Qərbi Azərbaycan departamentinin yubiley iştirakçıları və bütün Qərbi Azərbaycanlılar adından yuxarıda adları qeyd olunan beynəlxalq təşkilatlardan Ermənistanın təzminat ödəməsini və Qərbi Azərbaycanlıların doğma tarixi yurd yuvalarına qayıtmasının təmin edilməsini tələb edirik.

Milli Dirçəliş Hərəkatı Partiyasının Qərbi Azərbaycan departamenti.
Bakı şəhəri 31.05.2013