Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

MDHP təmsilçisi Gürcüstanda keçirilən Gənc Siyasətçilərin Forumunda iştirak edib.

MDHP təmsilçisi Gürcüstanda keçirilən Gənc Siyasətçilərin Forumunda iştirak edib. Milli Dirçəliş Hərəkatı Partiyasının nümayədəsi Gürcüstanın Kutaisi şəhərində Hollandiyanın Çoxpartiyalı Demokratiya İnstitutunun təşkilatçılığı ilə keçirilən Gənc Siyasətçilərin Forumunda iştirak edib. "Avropa perspektivində Cənubi Qafqaza baxış" Cənubi Qafqaz Gənc Siyasətçilərinin Forumu iyunun 29-30-da Gürcüstan parlamentinin binasında baş tutub. MDHP-ni Forumda Coşqun Dadaşov təmsil edib.
MDHP təmsilçisi Gürcüstanda keçirilən Gənc Siyasətçilərin Forumunda iştirak edib.

."Avropa qonşuluq siyasəti. Avropa perspektivində Cənubi Qafqaza baxış" mövzusunda keçirilən ilk sessiyada əsasən Cənubi Qafqaz ölkələrinin hakim partiyalarının nümayəndələri çıxış ediblər. İkinci sessiya "Qlobal təhlükəsizlik problemləri. Cənubi Qafqazdan baxış" mövzusunda olub.İki sessiyadan sonra Forumda Serbiyanın keçmiş prezidenti gənc siyasətçilərə məsləhətlər verib və öz təəcrübəsini bölüşüb.

Üçüncü sessiya isə “ İqtisadi Əməkdaşlıq:Avropa Birliyi və Cənubi Qafqazdan baxış” mövzusunda çıxışlar dinlənilib.

Forumda iştirak edən MDHP nümayəndəsi bildiribki,Azərbaycanla Ermənistan arasında İqtisadi əməkdaşlıq ancaq Azərbaycanın ərazi bütovlüyünün bərpasından sonar baş tuta bilər.Məsəlan onlar isğal siyasətinə son qoyarsa Azərbaycan Ermənistanın enerji ilə təmin olunmasında donor olar və qəzalı vəziyyətdə olan Ermənistan Atom Elektrik Stansiyasi Fəaliyyətini dayandırarki, buda reginu hər hansı nüvə partlayışınnan xilas edər.

Forumda Azərbaycan tərəfi Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, , Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Demokratik İslahatlar Partiyası, və Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndələrindən ibarət 15 nəfərlik heyətlə təmsil olunub. Azərbaycandan gedən gənc siyasətçilər öz savadları ilə seçilirdilər. Ermənilərin absurd fikirlərini arqumentli çıxışlarla darmadağın edirdilər, onlar özləri də bunun şahidi oldular- deyə MDHP nümayəndəsi fəxrlə əlavə edib.
MDHP təmsilçisi Gürcüstanda keçirilən Gənc Siyasətçilərin Forumunda iştirak edib.

MDHP Mətbuat Xidməti.