Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

İslam - türk dünyasını dağıtmağa yönəlik proyektlər mövcuddur

İslam - türk dünyasını dağıtmağa yönəlik proyektlər mövcuddur “Türkiyədə baş verən hadisələr buna nümunədir”

Millət vəkili Fərəc Quliyev Moderator.az-a açıqlamasında islam-türk dünyasını parçalamaq üçün qlobal güclərin böyük layihələr həyata keçirməkdə olduğunu bildirib. F.Quliyevin sözlərinə görə, bu gün Türkiyədə baş verən proseslər islam-türk dünyasını dağıtmağa çalışan qüvvələrin məqsədlərindən xəbər verir:
“Bu gün ortada islam-türk dünyasını dağıtmaq üçün böyük proyektlər mövcuddur. Hansı ki, bu proyektin müəllifləri bununla islam-türk dünyasında bölücülük yaratmağa, daxili sabitliyi pozmağa, onları parçalamağa çalışırlar. Türkiyədə baş verən hadisələr buna nümunədir. Türkiyə cəmiyyətini parçalamaq cəhdi, həyata keçirilən terror aktları, stabilliyi pozmaq məqsədi ilə atılan addımlar bu proyektin tərkib hissəsidir. Odur ki, hazırkı məqamda türk-islam dünyasının daha ehtiyatlı, daha diqqətli, daha həmrəy olmasına ehtiyac var”.

Seymur Əliyev