Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik Departamentlər

MDHP QARABAĞ DEPARTAMENTİNİN SƏDRİ, MDHP SƏDRİNİN MÜAVİNİ

MDHP  QARABAĞ DEPARTAMENTİNİN SƏDRİ, MDHP SƏDRİNİN MÜAVİNİ ŞAKİR PÜNHAN OĞLU AĞAYEV
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin sədri, MDHP sədrinin müavini.

18 oktyabr 1954-cü ildə Laçın rayonunun Sovxoz kəndində anadan olub.

Hələ gənclik illərindən siyasi fəaliyyətə başlayan Şakir Ağayev, dönəmin siyasi şərtlərinə uyğun olaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmiş və ideoloji fəaliyyətlə məşğul olan təşkilatlarda təmsil olunmuşdur.

Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbəri, partiya sədrinin müavini Şakir Ağayev "20 yanvar" hadisələri zamanı yaradılan "Dəfn Komissiyasının" aparıcı rəhbərlərindən biri olmuş, həmin çətin günlərdə şəxsi vəsaiti hesabına "20 Yanvar" Soyqırımı qurbanlarının cənazələri üçün tabutlar hazırladan sahibkarlardandır.

Qarabağ döyüşlərində ilkin yaradılan "Laçın alayı"nın texniki vasitələr və silah-sursatla təmin edilməsında aktiv fəaliyyət göstərən Şakir bəy Laçının işğalından sonra Qarabağın digər bölgələrində döyüşən alayların yaradılmasında fəaliyyətini davam etdirib. Erməni-Rus işğalının qarşısını almaq məqsədi ilə Salyanın Çuxanlı kəndində hərbi hissə yaradan Şakir bəy, Qarabağ döyüşlərinin son gününə kimi döyüşlərdə iştirak edib. Erməni girovluğunda olan saysız insanı əsirlikdən qurtarıb.

Şakir Ağayev bu gün də ideoloji və siyasi fəaliyyəti ilə seçilərək, əsasən Türk millətçisi kimi tanınır və Milli Dirçəliş Hərəkatı Partiyasında olması onun bu fəaliyyətini daha da parlaqlaşdırır!