Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Parlamentdən məhbəsə, məhbəsdən Parlamentə

Parlamentdən məhbəsə, məhbəsdən Parlamentə
“Dəmir adam” ləqəbli Fərəc Quliyev

Azərbaycanın azadlığı yolunda hərəkatçı, dovlətinin qurulması yolunda “müstəqillik aktı”-nı hazırlayan və onun qəbulunda iştirak etmiş istiqlalçı deputat, ərazi bütövlüyü yolunda doyüşçü, əqidə dönməzliyi səbəbindən məhbus, millətinin milli iradəsinin önündə gedərək hərəkat və partiya lideri, xalqının ehtimadını qazanaraq yenidən millət vəkili olmuş Fərəc Quliyev Azərbaycan Respublikasının prezidentliyinə namizəddir.

Fərəc İbrahim oğlu Quliyev, 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olmuşdur. 1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzvü olmuşdur. Parlamentdə "müstəqillik aktı"nın həmmüəlliflərindəndir. Müstəqilliyə səs verən-siqnator deputatdır.
Fərəc Quliyev o dövrdə Azərbaycan siyasətində ciddi fiqur kimi görünən simalardan olub. Xalq hərakatının aparıcı simalarından, AXC-nin təsisçilərindən və AXC Naxçıvan şöbəsinin yaradıcılarından biri olan Fərəc Quliyev 1988-1993-cü illərdə Azərbaycan siyasətində kifayət qədər tanınmış şəxs idi.
1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur. Hakimiyyətin iflic olduğu həmin vaxt, Fərəc Quliyev fövqəladə vəziyət şəraitində doğu qərarlar verə biləcək bir siyasətçi olduğunu sübut edə bildi. O günlərdə Naxçıvanda rus və erməni birlikləri tərəfindən qırğınların baş verməməsində də Fərəc Quliyev önəmli rol oynamışdır. Rus hərbçiləri ilə danışığa gedən Fərəc Quliyev onları inandıra bilmişdi ki, artıq Naxçıvanda hər şey hakimiyyətin və AXC-nin nəzarəti altındadır, sakitlik təmin olunub və buna görə də Naxçıvanda fövqəladə vəziyyət yaratmaq üçün zərurət yoxdur.
1990-cı il yanvar qırğınından dərhal sonra ordubadda “Ordubad –Azadlıq radiosu” və “Ordubadın Səsi” qazeti onun rəhbərliyi ilə işə başlamışdır.
1990-cı il “20 yanvar” soyqırımından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" təşkilatı formalaşdırmışdır. Bu addım mübarizliyin nümunəsi idi. Cünki, bir çoxları həmin vaxt mövqelərində ciddi dönüş edərək müxtəlif adlar altında mübarizənin əsas prinsiplərindən yayınan təşkilatlar yaratdılar. “Qisas” isə ortaya qoyduğu sərt mövqe ilə imperiyanı silkələdi və yaddaşlarda silinməz iz buraxdı.

Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan müsadirə edib milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.
1989-1991-ci illərdə Naxçıvanın erməni hücumlarından müdafiəsinin əsas təşkilatçılarından biri olub. Naxçıvanda özünümüdafiə dəstələri yaradan Fərəc Quliyev ermənilərin Naxçıvanı işğal etməsinin qarşısını alan önəmli işlərə imza atıb ki, bunlardan ən əsaslarından biri Naxçıvan “Ermənistan” sərhəddində olan- Soyuq adlanan yüksəklikdə yerləşən, Azərbaycanın bütöv ərazisinə və Uzaq Şərqə nəzarət etmək gücündə olan hərbi-lakasiya stansiyasını 24 nəfərlə birgə ələ keçirməkdir. O dövrdə Naxçıvan Azərbaycanın ən qaynar nöqtələrindən biri idi və burda vəziyyət demək olar ki, idarə olunmaz hala gəlmişdi. Buna baxmayaraq, Fərəc Quliyevin rəhbərliyi altında AXC vəziyyəti nəzarət altına almağı bacardı. Bu, yanvar hadisələri zamanı Naxçıvana rus qoşunlarının girməsini önləyən əsas faktor oldu. 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən ələ keçirmiş həmin yüksəklikdə indi Azərbaycan milli ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyat itkisiz ötüşsə də 5 nəfər döyüşçümüzün ayaqlarını soyuq aparmış və müxtəlif hissələrdən amputasiya olunmuşdur. Bu hərbi əməliyyata görə Fərəc Quliyev prezident Əbülfəz Elçibəy tərəfindən "Milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir.

1991-ci ildə Naxçıvandan Ali Sovetə deputat seçilən Fərəc Quliyev Bakıya gəlir. Fərəc Quliyev xalq hərəkatında Elçibəy siyasi kursuna bağlılığı və praqmatik millətçi görüşləri ilə fərqlənirdi. Onun millətçi baxışları başqalarından fərqli olaraq, populist xarakter daşımırdı. O, Elçibəy komandasında daha çox radikal, eyni zamanda realist siyasətçi kimi nəzərə çarpırdı. Bir çoxları onu Elçibəyin siyasi mirasçısı kimi görürdü. Elçibəy hakimiyyəti dönəmində o, başqalarından fərqli olaraq, ölkədə siyasi çaxnaşmalar yaradan bəyanatlar vermir, özünü qruplaşmalardan kənarda tutur və sözdə deyil, işdə yeni yaranmış Azərbaycan dövlətinin milli maraqlarının müdafiəçisi kimi çıxış edirdi. Fərəc Quliyev Elçibəyin yanındakı “dəmir adam” kimi görünürdü.

Bu demir iradəsi və dönməzliyi səbəbindən 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. 3 il 6 ay kamerada tək saxlanılmışdır. Müxtəlif əzabların verilməsinə və ən çətin şərtlər altında məhbus həyatı yaşamasına baxmayaraq, daim düşüncəsi millətin və dövlətin gələcəyi barədə düşünmüşdür ki, məhbəsdəykən milli strategiyamızı özündə əks etdirən 5 kitab yazmışdır.

Məhbəsdən çıxar-çıxmaz Fərəc Quliyev Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir.
2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. DAK Azərbaycan nümayəndəliyi rəhbərliyinin dünya azərbaycanlıları arasında yaratdığı dostluq körpüsünə görə "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Qız Qalası" diplomu ilə təltif olunmuşdur.

2005-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyasını (MDHP) formalaşdırmış, 07.05.2005-ci il tarixdə partiyanın 1-ci qurultayında MDHP-nin sədri seçilmişdir. Bu partiya o vaxt yarandı ki, Qərbdən gələn “narıncı küləklər” milli mövqedən çıxış edən partiyaların məramnamələrindən türkçülük və millətçiliklə bağlı olan bəndlərini süpürüb aparırdı. Qərbin dəstəyini qazanmaq üçün bir-birinin ardınca partiyaların türkçülükdən imtina etdiyi bir vaxtda, Fərəc Quliyevin təşəbüüsü ilə MDHP tam türkçü və millətçi bir siyasi qurum kimi formalaşdırıldı. Partiya bütün Türk ölkələri ilə əlaqələr quraraq, tərafdaşlar topladı və Türk Birliyinin yaranmasında siyasi marağını ortaya qoydu. Partiyanın sıralarının sürətlə artması və qatıldığı seçkidə xalqın etimadı onun dah doğru yolda olduğunu təsdiq etmiş oldu.
MDHP təşkilat quruluşu baxımdan da bütün partiyalardan fərqləndi. Partiyada yarnmış, Türk dünyası, Diaspora, Güney Azərbaycan, Qarabağ, Dərbənd, Borçalı, Qərbi Azərbaycan, Bakı xə ətraf kəndlər və s. kimi Departamentlər bu bölgələrin əhalisi ilə sıx təmasda olur, onların problemləri ilə maraqlanır və problemlərin həlli üçün partiyanın mümkün imkanlarından istifadə edirlər. Bu da özlüyündə partiyanın gələcək hakimiiyət üçün, ayrı-ayrılıqda strateji və regional konsepsiyalarının fundamental və real hazırlanmasına səbəb olur. Fərəc Quliyevin bu fərqli partiya layihısi özünün mükəmməlliyi ilə cəmiyyətdə diqqət mərkəzindədir. Nəticə etibariylə bütün bunlar MDHP-ni milli hərəkatın mərkəzinə, Fərəc Quliyevi isə bu hərəkatın liderinə çevirir.

Fərəc Quliyev “Yeni Dirçəliş” və “Davam” qəzetinin, “davam.az” xəbər portalının təsisçisidir. Bu qəzetlər ölkədə çox az sayda nəşr olunan milli və marifləndirici qəzetlər sırasında olmuşdur. Güney Azərbaycanda yayımlamaq üçün "qəzet içində qəzet" layihəsində "Təbriz" qəzetini təsis etmiş, "Yeni Dirçəliş" və “Davam” qəzeti ilə birgə çapını reallaşdırmışdır. Həmçinin, “davam.az” xəbər portalında “Təbriz” redaksiyası yaradaraq, portalda Güney Azərbaycan xəbərlərini ölkəmizin əsas hissəsinin xəbərləri kimi davamlı şəkildə vacib xəbər olaraq cəmiyyətə çatdırılmasını təmin etmişdir.

7 noyabr 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilmişdir. O Parlamentdəki ikinci fəaliyyətinə Azərbaycanın bütövləşməsi yolunda beynəlxalq hüququn normalırından yararlanmağı təklif etməklə başladı. Millət vəkili kimi o, bütün səlayihətlərindən istifadə edərək Güney azərbaycanlılara dəstək omaqa çalışıb. Elə buna görədir ki, ona çox vaxt “Bütöv Azərbaycanın millət vəkili” deyirlər. Parlamentdəki türkçü-millətçı mövqeyi ilə seçilən Fərəc Quliyev sosial, iqtisadi, Qarabağ, xarici siyasət və digər bütün müzakirə olunan məsələlərdə milli və sosial dəyərlərlə bağlı olduqca vacib təkliflər vermişdir. O, səsləndirdiyi təkliflərin Milli Məclisdə qəbul olunmasa da belə, həyata keçməsi üçün davamlı olaraq mübarizə aparan bir siyasətçidir. Fərəc Quliyev sözün əsl mənasında millətin vəkilidir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olan Fərəc Quliyev millət vəkili kimi beynəlxalq əlaqələrin qurulmasında da aktiv rol oynayır. O, AVRONEST parlament assambleyasında Azərbaycan nümayəndə heyyətinin və Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan- Moldova, Azərbaycan-Rumıniya, Azərbaycan-Belçika parlamentlərarası dostluq qruplarının üzvüdür.

Fərəc Quliyev əlavə hüquq təhsili almışdır. 5 kitab və elmi-nəzəri məqalələr müəllifidir. Sambo üzrə idman ustasıdır. Şito-Ryu Karate Do federasiyasının fəxri prezidentidir. "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb.
Ailəlidir. 3 övladı var.

Fərəc Qoliyevin fəaliyyətini davamlı olaraq davam.az və mdhp.az internet səhifələrindən izləyə bilərsiniz.

Fərəc İbrahim oğlu Quliyev — İstiqlalçı deputat, Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində prezidentliyə namizəddir.