Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASI MƏRKƏZİ İCRA APARATININ (MİA) ƏSASNAMƏSİ

MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASI MƏRKƏZİ İCRA APARATININ (MİA) ƏSASNAMƏSİ


1. Mərkəzi İcra Aparatının Təşkili:


MİA MDHP sədrinin yanında fəaliyyət göstərən kollegial orqandır.
MİA-ya: MDHP sədri, onun müavinləri, MDHP-dən dövlət seçkili strukturlarına seçilənlər, 1/3-ə qədər sədrin təqdimatı ilə Ali Məclis tərəfindən təsdiq edilmiş şəxslər daxildir.
Qərarlar konsensus yolu ilə qəbul edilir.
Yığıncaqları ayda iki dəfədən az olmayaraq keçirilir.

2. Mərkəzi İcra Aparatının Səlahiyyətləri:


MİA Qurultayın və AM-in qəbul etdiyi qərarları həyata keçirir. MDHP-nin cari fəaliyyəti ilə bağlı qərarlar qəbul edir. AM qarşısında təkliflərlə çıxış edir. MDHP Nizamnamə Komissiyasının təqdimat və rəylərinə baxır, müvafiq qərar qəbul edir.

3. Mərkəzi İcra Aparatı Məsuldur:


- İcra ilə bağlı bütün kəsirliklərin aradan qaldırılmasına;
- bütün yerli strukturların formalaşmasına;
- ideoloji işin məramnaməyə uyğun aparılmasına;
- seçki və dövlət quruculuğu işinin təşkilinə;
- KİV-də MDHP-nin təbliğinə, təşkilatın mətbuat sisteminin qurulmasına;
- təşkilatdaxili, ölkədaxili və beynəlxalq əlaqələrin qurulmasına;
- MDHP-nin maliyyə məsələlərinin təşkilinə;
- MDHP-nin və partiya üzvlərinin (siyasi fəaliyyəti ilə bağlı) hüquqi müdafiəsinə;
- humanitar məsələlərin təşkilinə;
- şöbələrin əsasnaməyə uyğun fəaliyyətinə;
- təsərrüfat sisteminin təşkilinə.