Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASI SƏDR APARATININ ƏSASNAMƏSİ

MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASI SƏDR APARATININ ƏSASNAMƏSİ

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP)
Sədr Aparatının ƏSASNAMƏSİ



1. MDHP sədri Nizamnamə səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə sədr aparatını təşkil edir və onun rəhbərlərini təyin edir.
2. MDHP sədrinin, Sədr Aparatı Ali Məclisə təqdim olunan sənədlərin, MDHP sədrinin sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.
3. Sədr Aparatı qəbul olunmuş sənədlərin, MDHP sədrinin sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və MDHP sədrinə müvafiq məruzələr edir.
4. Sədr Aparatı MDHP sədrinin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yardımcı ittifaqları ilə habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqələrini təmin edir.
5. Sədr Aparatında ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özəklərin, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və MDHP sədrinə müvafiq məruzə hazırlanır.
6. Sədr Aparatında ümumi rəhbərliyi MDHP sədri həyata keçirir.

Sədr Aparatının rəhbəri:


7. Sədr Aparatının işinə bilavasitə rəhbərlik funksiyalarını isə Sədr Aparatının rəhbəri yerinə yetirir.
8. Ən mühüm məlumatlar müxtəlif məruzə və hesabatlara daxil edilərək MDHP sədrinin nəzərinə çatdırılır.