Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik

MDHP ALİ MƏCLİSİNİN REQLAMENTİ

MDHP ALİ MƏCLİSİNİN REQLAMENTİ

ALİ MƏCLİSİN REQLAMENTİ


Ali Məclis Qurultaylararası dövrdə MDHP-nin ali qərarverici orqanıdır.
Ali Məclisin Yuxan Palatası daimi işlək orqan olmaqla: Sədr Aparatı üzvlərindən, Ali Məclis sədarətindən, Ali Məclis komissiya sədrlərindən ibarət təşkil olunur.
Yığıncaqları ayda bir dəfədən az olmayaraq keçirilir. Qərarlar konsensus yolu ilə qəbul edilir. Qurultayın səlahiyyətinə aid olan məsələlər istisna olmaqla icra ilə bağlı bütün sahələrdə qərarlar verir.

Ali Məclisin Aşağı Palatası ilk sessiyasında iki il müddətinə AM sədrini, katibini və müavinərini seçir.
Ali Məclis R(Ş)Ş-dən seçilən AM nümayəndələrini (hər R(Ş)Ş-dən bir nümayəndə olmaqla) R(Ş)Ş-nin Konfransının protokolundan çıxarış əsasında qeydiyyata alır.
Ali Məclisin Aşağı Palatası: Yuxan Palata üzvlərindən və R(Ş)Ş-nin AM-ə seçdiyi nümayəndələrdən ibarətdir.
MDHP Ali Məclisinin sessiyaları üç ayda bir çağırılır.
Sessiyalarda qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Qurultay səlahiyyətində olan məsələlər istisna olmaqla bütün məsələlərlə bağlı qərarlar, bəyanat və müraciətlər qəbul edir. Yuxan Palatanm qəbul etdiyi qərarlara yenidən baxa bilər.
Hər iki Palata fövqəladə yığıncaqlarını MDHP sədrinin, Ali Məclis sədrinin və Nizamnamə Komissiyasının tələbi ilə keçirə bilər. Fövqəladə yığıncaqların gündəliyi tələbkar tərəflə birgə hazırlanır.
Ali Məclisin komissiyalarının sədrləri həm də Ali Məslisin sədr müavinləridir.
Ali Məclisin komissiya üzvləri MDHP üzvü olmaya bilər.
Ali Məclisin yığıncaq və sessiyalarının təşkilini Ali Məclisin sədarəti həyata keçirir. Yığıncaqlar Ali Məclis üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Yığıncaqlar qərarlar qəbul edilənə qədər davam edir. Hər iki saatdan bir fasilələr verilir.