Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik

MDHP SƏDRİNİN HUMANİTAR MƏSƏLƏLƏR ÜZRƏ MÜŞAVİRİ

MDHP SƏDRİNİN HUMANİTAR MƏSƏLƏLƏR ÜZRƏ MÜŞAVİRİ MƏMMƏDLİ RASİM QULU OĞLU
MDHP Sədrinin humanitar məsələlər üzrə müşaviri, yazıçı-publisist

09 fevral 1962-ci ildə Ordubad rayonunun Gənzə kəndində anadan olub.
Rasim Gənzəli ilk öncə bəşəri və mənəvi düşüncəsi, yüksək alicənablığı, ziyalı təfəkkürü, milli ideoloji baxışları, mübarizliyi və ədəbi yaradıcılığı ilə böyük hörmətə sahibdir.
Fiziki məhdudiyyətinə baxmayaraq, hələ uşaqlığı və gəncliyində fərdi olaraq orta və ali təhsilə yiyələnməsi, onun həyata baxışının nə qədər dolu və dərin olmasını, eyni zamanda daxili inam və mübarizliyinin göstəriciləridir. Bu mübarizlik onun bütün həyatı boyu müşahidə olunmaqdadır.
Ötən əsrin sonlarında Sovet İmperiyasına qarşı başlanmış Azadlıq Hərəkatında da Rasim bəy öz aktiv fəaliyyəti ilə seçilib. 1990-cı ildə 20 Yanvar faciəsindən sonra Sovet hökuməti Azərbaycana dəmir yolu ilə bağlı blokada tətbiq edən zaman o, “Azadlıq” radiosu vasitəsiylə bu barədə dünyanı məlumatlandırmaq üçün bəyanatla çıxış etmişdir. Bundan əlavə Rasim bəy hadisələrlə bağlı cəmiyyəti məlumatlandırmaq üçün mütamadi olaraq mətbuatda dolğun məqalələr dərc etdib.
Bəşəri düşüncə və milli mənəvi dəyərlərin təbliği istiqamətində Rasim bəy yorulmadan çalışan bir insandı. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rasim Gənzəli 600-dən çox publisistik yazıların və 10 kitabın müəllifidir.
Bunlardan əlavə Rasim bəy millətin dirçəlişi naminə daim siyasi fəaliyyətdə olan bir düşüncə adamıdı.